Qəzzada ölən jurnalistlərin sayı artdı - Son RƏQƏM

Qəzzada ölən jurnalistlərin sayı artdı - Son RƏQƏM
Kateqoriya məlum deyil
T

Qəzza hökumətinin Media Ofisi İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda 262 media əməkdaşının öldüyünü açıqlayıb.

Sfera.az xəbər verir ki, açıqlamada 433-dən çox jurnalistin yaralandığı, ölən media əməkdaşlarından 26-nın qadın olduğu bildirilib. Həmçinin 28 media fəalının həyatını itirdiyi qeyd olunub.

Məlumata görə, İsrail 50 jurnalist və media əməkdaşını saxlayıb. Onlardan 23-nün hazırda həbsdə olduğu, 3 jurnalistin isə itkin düşdüyü bildirilib.

Açıqlamada hücumlar nəticəsində öldürülən jurnalistlərin 32 ailəsinin bütün üzvləri ilə birlikdə həyatını itirdiyi, jurnalistlərə məxsus 53 evin tamamilə və ya qismən dağıldığı qeyd olunub.

Qəzza hökuməti media sektoruna dəyən zərərin ilkin hesablamalara əsasən 800 milyon dolları keçdiyini bildirib. Dağıdılan və ya zərər görən 143 media qurumunun fəaliyyətini davam etdirdiyi açıqlanıb.

Açıqlamada jurnalistlərin hədəfə alınmasının bölgədə baş verənlərin işıqlandırılmasına mane olmaq və mülki şəxslərə qarşı pozuntuları gizlətmək məqsədi daşıdığı iddia edilib. Beynəlxalq ictimaiyyət, BMT və media təşkilatlarından fələstinli jurnalistlərin qorunması, hücumların araşdırılması və məsul şəxslərin cavabdehliyə cəlb edilməsi tələb olunub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR