Qəzza
Qəzzada ölən jurnalistlərin sayı artdı - Son RƏQƏM
Qəzza hökumətinin Media Ofisi İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda 262 media əməkdaşının öldüyünü açıqlayıb. Sfera.az xəbər verir ki, açıqlamada 433-dən çox jurnalistin yaralandığı, ölən media əməkdaşlarından 26-nın qadın olduğu bildirilib. Həmçinin 28 media fəalının həyatını itirdiyi qeyd olunub. Məlumata görə, İsrail 50 jurnalist və media əməkdaşını saxlayıb. Onlardan 23-nün hazırda həbsdə olduğu, 3 jurnalistin isə itkin düşdüyü bildirilib.
Dünya26.09.2026 16:52
"İsrail Qəzzanı tamamilə ələ keçirməlidir" - Smotriç
“İsrail Qəzza zolağını tamamilə ələ keçirməlidir”. Sfera.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib. “İsrail dövləti Qəzzaya görə məsuliyyəti öz üzərinə götürməyə razı olmalıdır. Zolağı tamamilə ələ keçirməli, orada hərbi idarəetmə qurmalı və yəhudi yaşayış məntəqələri yaratmalıdır”, - nazir bildirib. Smotriç ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik planını da tənqid edib. Həmin plan Fələstin anklavında təhlükəsizliyə nəzarət üçün beynəlxalq
Dünya18.08.2026 11:08
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
İsrail Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-ın hərbi qanadına bağlı “Nuxba” xüsusi təyinatlı dəstəsinin komandiri Yəhya Həmdanın zərbə nəticəsində öldürüldüyünü bəyan edib. Sfera.az xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, Yəhya Həmdan 2023-cü il oktyabrın 7-də Qəzza zolağı yaxınlığındakı Reim hərbi bazasına hücumda iştirak edib. Bildirilib ki, əməliyyat Qəzza zolağının cənubunda həyata keçirilib və Həmdan yüksək dəqiqlikli hava zərbəsi ilə zərərsizləşdirilib. SAXAL-ın
Dünya10.07.2026 15:22



