Əhməd Şaranın bu sözləri hər kəsi güldürdü

Suriya Prezidenti Əhməd Şara BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün getdiyi ABŞ-ın Nyu-York şəhərində Suriya diasporu ilə görüşüb.
Sfera.az xəbər verir ki, görüş zamanı Şara və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani auditoriyanın qarşısındakı oturacaqlarda əyləşmək istəmədiklərini bildiriblər.
Onların xahişi ilə auditoriyadakı oturacaqlar çıxarılıb və əvəzində stullar yerləşdirilib. Oturacaqlar dəyişdirildikdən sonra Əhməd Şara məsələ ilə bağlı zarafat edib.
Suriya prezidenti bildirib:
“Sonuncu dəfə bunu təvazökarlıqdan etdiyimi düşündülər, sadəcə oturacaqlar çox narahat idi”.
Şaranın bu sözləri auditoriyada gülüşə səbəb olub.
Qeyd edək ki, Əhməd Şaranın oturacaqların dəyişdirilməsi ilə bağlı belə bir tələbi ilk dəfə deyil. Suriya prezidenti ötən il BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri zamanı da oxşar tələb irəli sürüb./medianews






