Logo

Tramp İraqın Baş nazirinə dəstək verdi

Tramp İraqın Baş nazirinə dəstək verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əl-Zeydinin ölkə üzrə dövlət hakimiyyətini gücləndirmək istiqamətindəki səylərinə dəstəyini ifadə edib.

Sfera.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada İraqda dövlət nəzarətinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

ABŞ Prezidenti, həmçinin İraq neftinin qanunsuz yollarla ölkədən çıxarılmasının qarşısının alınması istiqamətində Baş nazirin həyata keçirdiyi tədbirləri dəstəklədiyini bildirib.

Tramp açıqlamasında ölkədə silahlara nəzarət məsələsinə də toxunub. O, İraqdakı bütün silahların yalnız dövlətin nəzarəti altında olması üçün Əli əl-Zeydinin göstərdiyi səylərə dəstək verdiyini vurğulayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR