Suriya Prezidenti
Şara İsraillə sülhün şərtini elan etdi
Əgər İsrail mövqeyini dəyişsə və hüquqlarımıza hörmət etsə, sülh mümkündür. Sfera.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara deyib. O qeyd edib ki, sülh və təhlükəsizlik şəraitində yaşamaq imkanı sülh içində yaşamaq istəyənlər üçün açıqdır./axar
Siyasət23.09.2026 23:23
Əhməd Şaranın bu sözləri hər kəsi güldürdü
Suriya Prezidenti Əhməd Şara BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün getdiyi ABŞ-ın Nyu-York şəhərində Suriya diasporu ilə görüşüb. Sfera.az xəbər verir ki, görüş zamanı Şara və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani auditoriyanın qarşısındakı oturacaqlarda əyləşmək istəmədiklərini bildiriblər. Onların xahişi ilə auditoriyadakı oturacaqlar çıxarılıb və əvəzində stullar yerləşdirilib. Oturacaqlar dəyişdirildikdən sonra Əhməd Şara məsələ ilə bağlı zarafat edib.
Dünya22.09.2026 21:02


