Dələduzların bankomat kartı ilə bağlı yeni FIRILDAĞI

Dələduzların bankomat kartı ilə bağlı yeni FIRILDAĞI
Kateqoriya məlum deyil
T

Rusiyada dələduzların bankomatlarda "unudulmuş kart" vasitəsilə həyata keçirdiyi yeni fırıldaq sxemi yayılmağa başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssislər məlumat yayıblar.

Bildirilib ki, dələduz qəsdən bank kartını bankomatda saxlayaraq uzaqlaşır. Bir müddət sonra təsadüfi şəxs kartı görərək onu çıxardıqda, özünü kart sahibi kimi təqdim edən şəxs "şahidlər"lə birlikdə yaxınlaşır.

O, həmin şəxsi kartı oğurlamaqda ittiham edir və polisə müraciət etməmək müqabilində məsələni yerindəcə "həll etməyi" təklif edərək pul tələb edir.

Mütəxəssislər belə hallarda yad karta toxunmamağı, dərhal bank və ya mühafizə xidmətinə məlumat verməyi tövsiyə edirlər.

Bundan başqa, son vaxtlar sosial mühəndislik üsullarından istifadə edən digər dələduzluq sxemi də geniş yayılıb. Bu zaman özünü bank əməkdaşı kimi təqdim edən şəxs zəng edərək hesabların "Antifrod" sistemi tərəfindən "dropperlik" (qanunsuz maliyyə əməliyyatlarında vasitəçilik) şübhəsi ilə bloklandığını bildirir və vətəndaşın bank məlumatlarını əldə etməyə çalışır.


Mütəxəssislər vətəndaşlara belə zənglərə inanmamağı, heç bir halda kart məlumatlarını, SMS kodlarını və ya internet-bank giriş məlumatlarını paylaşmamağı tövsiyə edirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR