Rusiyalı məşhur reper axtarışa verildi - FOTO

Rusiyalı məşhur reper axtarışa verildi - FOTO

Rusiyalı reper “Oxxxymiron” (Oksimiron, əsl adı - Miron Fyodorov) axtarışa verilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında xəbər verilib.

 

Bildirilib ki, musiqiçi “Cinayət Məcəlləsinin maddəsi ilə” axtarışa verilib.

 

Hüquq-mühafizə orqanlarının yerli mediaya açıqlamasına görə ifaçıya qarşı Rusiyanın xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

 

Bundan əvvəl xəbər verilmişdi ki, “Oxxxymiron”u cərimə və BƏƏ-də çıxış etmək qadağası gözləyir. Aydınlaşdırılıb ki, yerli dövlət qurumları reperi etnik nifrətin qızışdırılmasına və siyasi bəyanatlara görə yoxlayır. Buna səbəb Oksimironun yanvarın 11-də Dubayda verdiyi konsertdə Rusiya əleyhinə açıqlamaları olub.

 

2023-cü ilin oktyabrında Sankt-Peterburqun Oktyabr Rayon Məhkəməsi “Oxxxymiron”un treklərindən birinin Rusiyada yayılmasına qadağa qoyub. Musiqi əsərində Rusiyanın ərazi bütövlüyünün pozulması ilə nəticələnə biləcək hərəkətə çağırışlar müəyyən edilib.

 


OXŞAR XƏBƏRLƏR

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-da nağd kredit müraciəti edən müştərilər üçün lotereya keçirilir. 15 may 2024-cü il tarixində lote...

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton idm...

Hansı hallarda ölən şəxsin kreditini varisi ödəmir? – AÇIQLAMA

Dünyasını dəyişən şəxsin kredit öhdəliklərinin vərəsəsinə transfer olunması əksər hallarda ailələr üçün çətinliklər yaradır.   Maraqlıdır, kredit gö...

Çingiz Mustafayevin toyundan GÖRÜNTÜLƏR - FOTOLAR

Müğənni Çingiz Mustafayevin toyundan görüntülər gündəm olub.   Sfera.az bildirir ki, ifaçının Türkiyədə Kuşadasında toy mərasimi baş tutub.  ...

Sabah İran Prezidentinin ölümündən sonra parlamentin ilk açıq iclası KEÇİRİLƏCƏK

İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra parlamentin ilk açıq iclası mayın 21-də baş tutacaq.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Tramp Baydenin narkotik testindən keçməsini TƏLƏB ETDİ

ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyunda televiziya debatlarından əvvəl rəqibi Prezident Co Baydenin narkotik testindən keçirilməsini tələb edib.  ...