Həkimlərin səhvi qadının hamiləliyinə son qoydu

Həkimlərin səhvi qadının hamiləliyinə son qoydu

Çexiyanın paytaxtı Praqada Bulovka Universitetinin xəstəxanasının həkimləri səhvən hamilə xəstəni əməliyyat ediblər.  Nəticədə o analıqdan məhrum edilib. 


Sfera.az bildirir ki, xoşagəlməz hadisəni xəstəxananın sözçüsü Eva Stoleida Libiger təsdiqləyib. O, izahı çətin olan hadisənin təfərrüatlarını açıqlayıb. İşçilər işdən çıxarılıb və xəstəyə kompensasiya ödənilməlidir.

 

Faciə hadisə bazar ertəsi, martın 25-də baş verib. İddialara görə, işçilər xəstələri qarışdırıb, nəticədə sağlam qadının körpəsi düşürülüb.

 

Hər iki qadın əcnəbi olub. Onlardan biri hamilə olub və xəstəxanaya müntəzəm müayinə üçün gəlib. İkincisi isə uşaqlıq yolunun müalicəsi üçün əməliyyat keçirməyi planlaşdırıb. Qeyd edək ki, ikinci cərrahi əməliyyat hamiləliyin sonlandırılması üçün də həyata keçirilə bilər.


“Bazar ertəsi, martın 25-də Ginekologiya və Doğum poliklinikamızda xoşagəlməz hadisə baş verib.İndiyədək daxil olan məlumatlara əsasən, əməkdaşlar tərəfindən daxili nizam-intizam qaydalarına ciddi riayət edilməməsi və ciddi qanun pozuntusu nəticəsində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat səhv müəyyən edilmiş bir xəstə üzərində aparılan”-deyə Eva Liebiger bildirib.

 

"Davam edən daxili araşdırma zamanı, qanun pozuntusu aşkar edilərsə, konkret şəxslər məsuliyyətə cəlb olunacaqlar"-bildirən sözçü əlavə edib ki, səhvə yol verən həkimlər müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.


Çexiya Səhiyyə Nazirliyi isə həkimlərin səhvinə görə cavabdehlik daşıyanların hamısını məsuliyyətə cəlb etməyə çağırıb. Onların səhlənkarlığı sübuta yetirilərsə, xəstəxana zərərçəkmiş xəstəyə təzminat ödəyəcək. Hadisə ilə bağlı istintaq araşdırılması aparılır.

 

"Bu, çox acınacaqlı bir hadisədir. Daxili araşdırma aparılmalıdır və əgər qanun pozuntusuna yol verilibsə, günahkarlar cəzalandırılmalıdır"-deyə səhiyyə naziri Kamal Farhan bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider ...

49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxi...

Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü ...

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 pri...

Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tər...

Antoni Blinken İlham Əliyevə zəng etdi

 Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, b...