Həyətində təsadüfən 500 min dollarlıq ev tikildi - FOTO

Həyətində təsadüfən 500 min dollarlıq ev tikildi - FOTO

ABŞ-da mülk sahibi Annalein (Anne) Reynolds onun torpağında təsadüfən 500.000 dollar dəyərində ev tikilməsindən şoka düşüb. Bu azmış kimi, iş icraçıları onu məhkəməyə veriblər.

 

Sfera.az bildirir ki, Ann Reynolds bu yerdə qadın sağlamlığı mərkəzi tikməyi planlaşdırıb. Lakin COVID-19 pandemiyası qadının planlarına dəyişikliklər edib.

 

 2018-ci ildə Havay adalarının Cənnət Parkında 22.500 dollara torpaq sahəsi alan Ann, geri qayıdanda kiminsə orada ev tikdiyini görüb. Ann başqa bir ştatda COVID-19 pandemiyasının bitməsini gözləyib. Pandemiyadan sonra Kaliforniyadan geri qayıdan gənc qadın xəyal etdiyi biznes planlarının pozulduğunu görüb.


Ann biznesinə başlamaq üçün münasib anı gözləyərkən, daşınmaz əmlak agentindən gözlənilməz zəng gəlib. O, aldığı mülkdə 500.000 dollar dəyərində evin satıldığını bildirib. Ancaq kimlərsə Annın icazəsi olmadan nəinki mülkündə ev tikiblər, həm də onu məhkəməyə veriblər.


Məlum olub ki, qarışıqlıq nəticəsində şirkət səhvən Annin mülkündə bir ev tikib.

 

İş icraçısı olan şirkət həmin ərazidə torpaq alıb və orada bir neçə ev tikmək üçün tikinti firması ilə müqavilə bağlayıb. Ancaq qarışıqlıqda şirkət səhvən tərtibatçının satın aldığı mülkdə deyil, Annın mülkündə bir ev tikib.


Ann indi inşaatçı, eləcə də tikinti şirkəti, memar və başqalarını məhkəməyə verir. Məhkəmə sənədləri göstərir ki, ona ekvivalent ölçüdə və dəyərdə bitişik torpaq sahəsi təklif olunub, lakin o, təklifi rədd edib.

 

Ancaq çətinliklər bununla da bitməyib. Məhkəmə çəkişməsinin davam etməsinə baxmayaraq,bir ailə Annın mülkündəki evə köçüb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider ...

49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxi...

Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü ...

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 pri...

Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tər...

Antoni Blinken İlham Əliyevə zəng etdi

 Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, b...