Tom Kruz rus qadını niyə tərk edib? - FOTO

Tom Kruz rus qadını niyə tərk edib? - FOTO

Amerikalı aktyor Tom Kruz rus qadın Elsina Xairovadan ayrılıb. 

 

Sfera.az bildirir ki, buna səbəb qadının keçmiş həyat yoldaşı, rusiyalı oliqarx Dmitri Tsvetkov olub. Qeyd edək ki, aktyorun Elsina Xairova ilə münasibəti 2024-cü ilin əvvəlində məlum olub. Artıq fevral ayında cütlüyün ayrıldığı bildirilir. 

 

Aktyora yaxın mənbənin sözlərinə görə, Tsvetkovun məşhur nəşrə verdiyi müsahibə bunda mühüm rol oynayıb. 

Müsahibədə oliqarx Tom Kruza pulundan muğayat olmasını  tövsiyə edib. Oliqarx, keçmiş həyat yoldaşının maraqlandığı tək şeyin bu olduğunu iddia edib. O, həmçinin Hollivud aktyorunun sadiq pərəstişkarı olduğunu və onun daim filmdə oynamasını istədiyini etiraf edib.

 

Qeyd edək ki, Tom Kruz və Xairova ilk dəfə 2023-cü ilin dekabrında Böyük Britaniyanın Mayfair şəhərində keçirilən əyləncə gecəsində tanış olublar. Aktyor uşaqları ilə tanış olduqdan bir neçə gün sonra cütlük ayrılıb.

 

 

Bildirilib ki, Tom Kruz münasibətdən soyuyub, lakin Londonda eyni evdə yaşadıqları üçün rus qadınla dost qalmaq istəyib.

 

Qeyd edək ki, Xairovanın rus oliqarx və almaz taciri Dmitri Tsvetkovla evliliyindən bir oğlu və bir qızı var.

 

O, həmçinin 5 milyard funt-sterlinq sərvəti olan rusiyalı siyasətçi və Putinin yaxın müttəfiqi Rinat Xairovun qızıdır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Buzovnada 45 yaşlı kişi öldürüldü

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ba...

“Qarabağ” məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider ...

49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxi...

Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü ...

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 pri...

Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tər...