Milli Məclisdə yeni işçi qrup yaradıldı

Milli Məclisdə yeni işçi qrup yaradıldı

Milli Məclisdə yeni işçi qrup yaradılıb.


Sfera.az xəbər verir ki, bununla bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.


Bununla bağlı komitə sədri Sadiq Qurbanov təkliflə çıxış edib. O qeyd edib ki, yaradılan işçi qrup şəhər ərazilərində, yaşayış binalarının qarşısında və s. ərazilərdə yaşıllıqların suvarılması məsələlərini araşdırmalıdır.


Deputat Naqif Həmzəyevin rəhbərlik edəcəyi İşçi qrupun tərkibinə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Asif Əsgərov və Eyvaz Qurbanov daxil ediliblər.


OXŞAR XƏBƏRLƏR