"Bu problem bir neçə il öncə yenidən qurulmuş yolda baş verib..." - Osman Gündüz

"Bu problem bir neçə il öncə yenidən qurulmuş yolda baş verib..." - Osman Gündüz

“Adi bir yağış bir nömrəli magistralı, Prezidentin hərəkət trayektoriyasına daxil olan yolu da bağlayırsa, artıq nədən danışırıq?!”

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumununun prezidenti Osman Gündüz öz Feysbuk hesabında yazıb.

 

O qeyd edib ki, Heydər Əliyev prospekti Prezidentin daimi istifadə etdiyi hərəkət trayektoriyasına daxil olan strateji əhəmiyyətli bir magistraldır:

 

“Bu yolun hər qarışı daim nəzarət altındadır. Amma adi bir yağışla həmin yol bağlanıb, kritik vəziyyət yaranıb. Bu problem nə şəhərin ətrafında, nə də hansısa bölgədə yox, cəmi bir neçə il öncə yenidən qurulmuş, drenaj və kanalizasiya sistemləri ilə təchiz edilmiş mərkəzi yolda baş verib. İndi bir anlıq təsəvvür edin ki, Prezident harasa getməlidir və adi bir yağış səbəbindən əsas marşrut bağlanıb. Xoşbəxtlikdən, hava limanına ikinci bir magistralımız var”.

 

AİF prezidenti vurğulayıb ki, buraxılan səhvlər, plansızlıq və düzgün olmayan qərarlar nəticəsində bu cür kritik vəziyyətlə üz-üzəyik.

 

Qeyd edək ki, güclü yağış səbəbindən paytaxtın Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün altındakı tunelin su ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda Bağırov körpüsünün alt hissəsindəki tuneldə Fövqəladə Hallar Nazirliyi tərəfindən işlər davam etdirilir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Gecə onlarla nömrə itib, sürücülər nə etsin?- RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.   Sfera.az-ın məlumatına görə, bunun nəticəsində dünən axş...

Yağış, qar, dolu...- XƏBƏRDARLIQ

Lənkəran-Astara bölgəsində oktyabrın 23-də fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə Sfera.az-a&nb...

Sabunçu tunelində boğularaq ölən Köçərinin FOTOLARI

Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.   Sfera.az xəbər verir ki, həyatını itirən şəxslə...

Prezident Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiqlədi

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə” və “Azərbaycan Respublika...

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verdi

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclası...

200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək

Azərbaycanın müxtəlif bölgələri üzrə ümumi təhsil məktəblərinin peşə təmayüllü siniflərində monitorinqlərin keçirilməsinə başlanılıb.   Sfera.az ...