Meyvə yüklü maşınlar yollarda qalıb, sahibkar ziyandadır - AQTA işi niyə ləngidir?

Meyvə yüklü maşınlar yollarda qalıb, sahibkar ziyandadır - AQTA işi niyə ləngidir?

Göyçaydan Rusiyaya yola düşən nar və xurma yüklü maşınlar günlərdir, müvafiq ünvana çata bilmir. Sahibkarlar hazırkı vəziyyətdən narazı olduqlarını, problemin isə birbaşa Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı olduğunu bildirirlər. 

 

Məsələ ilə bağlı Sfera.az-a şikayət daxil olub. Şikayətçi qeyd edib ki, tonlarla meyvə maşınlarda xarab olmaq üzrədir.Xarici ölkəyə ixrac olunan, meyvə daşıyan maşınlar Ucarda, eyni zamanda Kürdəmirdə gözləmə mövqeyindədir:

 

“AQTA-nın əməkdaşları gəlib nümunə götürürlər, amma nəticə yoxdur, 4-5 gündür, yük maşınları ləngidilir. Gah deyirlər, “vaxtımız yoxdur, bu gün nümunə götürə bilmirik”, gah da məlumat gözlədiklərini bildirirlər. Bütün sahibkarları incidirlər.  Belə olduğu halda, mal gec çıxır, tıxaca düşür, yəni hər istiqamətdə sahibkarlara ziyan dəyir. Bəzi iddilara görə, hər maşına görə “tas” 800 dollardır. Yəni 10 dəqiqəyə AQTA-da sənədi hazır edirlər. Amma indi hardasa 10-a yaxın maşın 3-4 gündür, Kürdəmirdə gözlədilir.  Artıq bizə 2 gün üçün 100 dollar gözləmə pulu gəlib. Mallar da boş-boş orada qalır, vaxtı keçir və.s...”.

 

Şikayətçi qeyd edib ki, vurulan ziyan çox böyükdür: “Mallardan nümunə götürülərək laboratoriyaya verilib, lakin cavablar 4-5 günə çıxır. Ötən həftənin  4-cü günündən gedən maşınlarla bağlı AQTA-ya müraciət olunub, hələ də onlar gözlədilir. Kürdərmir də, Ucar da bu dəqiqə maşınlarla doludur. Qurumun iki işçisi gəlir, baxış keçirməli olduqlarını deyirlər. Məsələnin digər tərəfi də odur ki, işçi sayı azdır, çatdıra bilmirlər. İşçilərinin sayı artırılmalıdır. Laboratoriya cavabları isə 1 günə çıxa bilər, amma 5-6 gündür məsələ gözləmə mövqeyindədir.Hər keçən gün camaata ziyandır”.

 

 

Mövzu ilə bağlı saytımıza danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hər ay sahibkarların hüquqlarının pozulması istiqamətində birliyə 4-5 şikayət daxil olur:

 

“İstehlakçı hüquqlarını qoruduğum üçün onların bu müraciətlərini aiddiyyəti dövlət qurumlarına yönləndirirəm. Amma ölkədə bu cür problemlər mövcuddur.  Mal gətirənlər və aparanların bu cür gecikdirilməsi halları var. Qida Təhlükəsizliyi Agentliyi bürokratiyaya yol verir, eyni zamanda gömrük orqanlarında da belə hallar qeydə alınır. Mal idxal edənləri günlərlə saxlayırlar. Ekspertizaya götürürlər, onun cavabı gecikir, yaxud cavab vermirlər. Bu isə son nəticədə istehlakçı hüquqlarının da pozulmasına gətirib çıxarır”.

Sədr bildirdi ki,  istənilən gecikmə, istənilən bürokratizm son nəticədə istehlakçının başında çatlayır:

 

“Ya mal xarab olur, ya da qiymət yüksəlir. Digər tərəfdən, mal sahibləri də əzab çəkirlər. AQTA və gömrük orqanları bu problemləri həll etməlidirlər. Sahibkarların narazılığı var. Elə bir iş aparılmalıdır ki, onlar başqa ölkələrdə olduğu kimi fəal çalışsınlar”.

 

Qeyd edək ki, AQTA yerli mediaya açıqlamasında prosesin qanunun tələbinə əsasən həyata keçirildiyini bildirib.

 

Türkan 

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan və Zelenski görüşü başladı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında Ankarada danışıqlar başlayıb.   Sfera.az Türkiyə mediasına istinad...

Terror təşkilatlarını hansı ölkələr maliyyələşdirir? - SİYAHI

Son onilliklər ərzində beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri terrorizmin artması və yayılması olub. Bu təhdidin daha da dərinləşməsində terror qr...

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...