Qar nə vaxt kəsiləcək?
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində, o cümlədən Bakıda və Abşeron yarımadasında qar yağır. Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59 sm, Altıağac və Şəkidə 31 sm, Qəbələdə 28 sm, Qubada 25 sm, Xaltanda 20 sm, Zaqatalada 18 sm, Şahdağda 17 sm, Şahbuz və Oğuzda 16 sm, Daşkəsəndə 15 sm, Qobustan və Qusarda 10 sm, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8 sm, Laçın, Qubadlı,