FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

 

Sfera.az xəbər verir ki, müraciətdə deyilir:

 

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

 

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

 

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

 

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

 

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!"


OXŞAR XƏBƏRLƏR

Ozan Akbaba Hərbi Qənimətlər Parkında – FOTO

Xəbər verdiyiiz kimi, türkiyəli aktyor Ozan Akbaba bir neçə gündür Azərbaycanda səfərdədir. O, səfəri çərçivəsində Hərbi Qənimətlər Parkını da ziyarət edib. ...

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı

Türkiyənin Adana vilayətində meşə yanğınlarını söndürmək üçün göndərilən təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mə...

Bu ərazilərdə sabah qaz olmayacaq

Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə s...

Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.   Sfera.az xəbər verir ki, Abdullayev Natiq Saleh oğlu Dövl...

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bö...

Ərdoğan Kahramanmaraşda “Qarabağa məktub” şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk şair və jurnalist Abdurrahim Karakoçun “Qarabağa məktub” şeirini səsləndirib.   Sfera.az &ld...