Azərbaycanda həbs edilən FETÖ üzvünə hökm oxundu


Azərbaycanda həbs edilən FETÖ üzvünə hökm oxundu

2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar çərçivəsində saxlanılan 1994-cü il təvəllüdlü İlkin M.-ə hökm oxunub.

 

Sfera.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi İlkini Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə təqsirli bilib.

 

Ona 5 il 3 ay həbs cəzası verilib.

 

Bildirilib ki, İlkin həmin vaxt polis əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində saxlanılıb. Onun avtomobilindən və evindən 20 ədəd saxta 100 dollarlıq əskinaslar, FETÖ terror təşkilatının bir müddət öncə vəfat etmiş lideri Fətullah Gülənin "Bahar neşidesi", "Hakka adanmışlar yolu: Çağ ve nesil - 10", "Hüzmeler ve iktibaslar", "İla-yi kelimetullah ve ya cihad", "Kirik testi" kitablarının PDF formatının əks olunduğu fləşkart və digər çap nümunələri  və təbliğat vasitələri götürülüb.

 

Qeyd edək ki, əməliyyatlar çərçivəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, "Yurd" mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev də saxlanılıb. Onların barələrindəki işlər də məhkəmələrə göndərilib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...