Dövlət rəsmiləri və vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edir - FOTO
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Sfera.az Trend-ə istinadən bildirir ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar "Ana harayı" abidəsi ziyarət olunur. Abidəni dövlət və hökumət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, habelə sadə vətəndaşlar ziyarət edir, abidə önünə gül dəstələri düzür. Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və