Ədliyyə Nazirliyində məhkəmə sahəsində görülmüş işlər müzakirə edilib - FOTO
Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası keçirilib. İclasda mübahisələrin həlli, məhkəmə sistemi sahəsində görülmüş işlər və qarşıda duran hədəflər müzakirə edilib. Sfera.az xəbər verir ki, iclasda Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının