Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə qaz olmayacaq

Cəmiyyət
17:11 / 26.02.2025
6730
Abşeron rayonunun Masazır qəsəbəsində yeraltı orta təzyiqli qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Masazır qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Yaranmış problemin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır.