Kommunal xidmətlərlə bağlı qərar verildi

Kommunal xidmətlərlə bağlı qərar verildi

Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.

 

Sfera.az xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər aşağı gərginlik də daxil olmaqla bütün növ daxili elektrik quraşdırma işlərinin lisenziyalı şirkətlər tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilməklə, müvafiq dəyişikliklərin ölkədə tətbiqi imkanlarının araşdırılması və təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi planlaşdırılır.
 

Qeyd edilib ki, eyni zamanda elektrik dirəkləri, yerüstü və ya yeraltı kabellər, su və qaz boruları, eləcə də telefon xətləri kimi infrastrukturun birgə tikintisinin koordinasiyası üzrə beynəlxalq təcrübənin və müvafiq qanunvericilik aktlarında mövcud vəziyyətin araşdırılması, ediləcək dəyişikliklərin müvafiq sahəyə təsirləri qiymətləndirilməklə təkliflərin hazırlanaraq Komissiyaya təqdim ediləcək.

 

15 may tarixinə qədər mövcud elektrik enerjisi paylayıcı şəbəkəsini özündə əks etdirən məlumat bazasının ictimaiyyətə açıq olması ilə bağlı beynəlxalq təcrübə öyrənilməklə, müvafiq dəyişikliklərin ölkədə tətbiqi imkanlarının araşdırılması və təkliflərin hazırlanaraq Komissiyaya təqdim ediləcək.


Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”na rəhbərliyi Azərbaycan Respublikasının energetika nazirinin müavini Samir Vəliyev həyata keçirir. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...