Nurlan Librenin evindən qızıl götürülüb? - Polisdən AÇIQLAMA

Nurlan Librenin evindən qızıl götürülüb? - Polisdən AÇIQLAMA

İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirilib.

 

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, barəsində cinayət təqibi həyata keçirilən N.Qəhrəmanlının yaşadığı ünvanda məhkəmə qərarı əsasında özünün və ailə üzvlərinin iştirakı ilə axtarış aparılıb.

 

“Həmin ünvandan 6650 manat və 975 ABŞ dolları aşkar olunaraq maddi sübut kimi götürülüb. Evdən hansısa qızıl-zinət əşyasının götürülməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”, - açıqlamada vurğulanıb.

 

Qeyd edək ki, Nurlan Librenin həyat yoldaşı Əsli Əlizadə Nurlanın anasının evində həyata keçirilmiş axtarış zamanı qızıl əşyaların götürüldüyünü iddia etmişdi.//Qafqazinfo


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...