Rus dilində yox, Rusiyanın dilində danışanlardan çəkinməliyik
Mən şəxsən rus məktəbində oxumuşam. Hətta rus sektorunda yox, məhz rus məktəbində. Bununla fəxr etdiyimi deyə bilmərəm, amma sinif yoldaşlarım və müəllimlərimlə həm fəxr edirəm, həm də qürur duyuram. O vaxt belə alındı ki, mən və mənim qardaşımla bacılarım – Qərbi Azərbaycandan gəlmiş valideynlərin övladları – rus baxçasına, sonra da rus məktəbinə getdik. Bu bizim seçimimiz deyildi, amma valideynlərimi də günahlandırmağa haqqım yoxdur. Necə ki, indi ən yaxşı və bahalı təhsil ingiliscədirsə, o