Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən sosial paket çərçivəsində minimum əməkhaqqının artırılması bir sıra müavinət və təqaüdlərdə də yüksəlişə səbəb olub. Bu artımlardan biri də peşə təhsili alan tələbələrə verilən təqaüdlərlə bağlıdır.


Sfera.az xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, peşə təhsili alan tələbələrə ödənilən təqaüdün məbləği minimum əməkhaqqının 50 faizi həcmində müəyyən edilir.
 

Əvvəllər minimum əməkhaqqı 345 manat olduğu üçün bu təqaüdün məbləği 172,5 manat təşkil edirdi. Lakin 2024-cü ildə minimum əməkhaqqının 400 manata yüksəldilməsi ilə bu göstərici də artıb.

 

Beləliklə, peşə təhsili alan tələbələrə artıq 200 manat məbləğində aylıq təqaüd ödənilir ki, bu da əvvəlki məbləğlə müqayisədə 14 faiz artım deməkdir.


Təqaüdlərin artırılması peşə təhsilinə marağın yüksəlməsinə, tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına və onların təhsilə daha çox fokuslanmasına töhfə verəcək. Bu addım eyni zamanda ölkədə peşə təhsilinin inkişafına dəstək olmaqla yanaşı, gələcəkdə ixtisaslı kadrların yetişdirilməsinə müsbət təsir göstərəcək.


Bundan əlavə, digər təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabineti mart ayının ikinci yarısında müvafiq təklifləri təqdim edəcək. Gözlənilir ki, bu təkliflər digər sosial kateqoriyalara aid edilən təqaüd və müavinətlərin də artırılmasını nəzərdə tutacaq.
 

Dövlətin həyata keçirdiyi bu sosial dəstək tədbirləri vətəndaşların rifah halının yüksəldilməsinə yönəlib və növbəti dövrlərdə bu istiqamətdə daha geniş addımların atılması gözlənilir. (Baku.ws)


OXŞAR XƏBƏRLƏR

Acun Ilıcalıdan haqqındakı ittihamlarla bağlı açıqlama

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan araşdırmalar çərçivəsində barəsində 5 il 3 ay həbs cəzası tələb olunan iş adamı Acun Ilı...

Kloze yenə Mahir Emrelidən danışdı: “Qarşıdakı derbiyə hazırlaşır”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin Almaniya II Bundesliqasının 26-cı turunun "Qroyter"ə qarşı keçirəcəkləri oyundakı...

On gündə təbiətə 381 minlik ziyan vurulub

Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.   Sfer...

Azərbaycanda balın qiymətində KƏSKİN ARTIM

2024-cü ildə Azərbaycanda istehsalçılar balın 1 kiloqramının orta satış qiyməti 28,6 manata satıblar.   Sfera.az Dövlət Statistika Komitəsinə is...

Eritreyada saxlanılan azərbaycanlılarla bağlı açıqlama

Ötən ilin noyabr ayından etibarən Azərbaycanın Eritreyada saxlanılan üç gəmisinin heyət üzvləri hələ də girovluqdan azad edilməyiblər.   Sfera.az xəb...

Əfv Komissiyasının iclası keçirilib, 100-dək müraciətə baxılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.   Komissiyanın üzvü Rəşad Məcidin verdiyi ...