Logo

Uşaq müəssisələrində göstərilən xidmətlərlə bağlı tələblər təsdiqləndi

Uşaq müəssisələrində göstərilən xidmətlərlə bağlı tələblər təsdiqləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Tələblərdə dövlət və qeyri-dövlət uşaq müəssisələri dedikdə aşağıdakılar nəzərdə tutulur:

təhsil müəssisələri;
sosial xidmət müəssisələri;
açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri;
yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri;
yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri;
tibb müəssisələri;
qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri.

Müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər yuxarıda qeyd edilən müəssisələr üzrə onların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə müvafiq olaraq aşağıdakı sahələri əhatə edir:

müəssisələrdə xidmətlərin təşkili;
yaşayış şəraiti;
qidalanma;
sağlamlığın mühafizəsi;
təlim-tərbiyə və asudə vaxtın təşkili.

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblərlə bu linkdən tanış ola bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR