Əli Əsədov yeni təyin olunan həmkarını təbrik etdi


Əli Əsədov yeni təyin olunan həmkarını təbrik etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Aleksandr Turçini Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Ə.Əsədov təbrik müraciətində Azərbaycan ilə Belarus arasında iki xalqı birləşdirən dostluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan, ardıcıl olaraq genişlənən və dərinləşən qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

 

Qeyd olunub ki, fəal siyasi dialoq, intensiv təmaslar, ikitərəfli və çoxtərəfli formatlarda sıx qarşılıqlı fəaliyyətlə səciyyələnən dövlətlərarası münasibətlər xüsusi məmnunluq doğurur.

 

Ə.Əsədov, həmçinin Azərbaycan və Belarus prezidentlərinin iki ölkənin dost xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş tapşırıqlarının icrası istiqamətində birgə fəal işləməyə hazır olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi şəhid anası və xanımına iftar məclisi təşkil etdi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayında bir qrup ...

"40 yaşdan böyük kişiylə münasibət qurmaram, gənc sevirəm" - 71 yaşlı aktrisa – VİDEO

  Türkiyənin 70 yaşlı müğənnisi Nüket Duru ilə 71 yaşlı aktrisa Nilgün Belgün "Hürriyyet"ə müsahibələri zamanı kişilərdən danışıblar.  ...

Ermənistanda iki deputata qarşı cinayət təqibinə başlanılacaq

Ermənistan Respublikasının Baş prokuroru Anna Vardapetyan deputatlar Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi ü...

Saturn ətrafında 128 yeni peyk aşkar edildi

Saturn ətrafında orbitdə 128 yeni peyk aşkar edilib.   Sfera.az “CNN Türk”saytına istinadən xəbər verir ki, Beynəlxalq Astronomiya İttifa...

3 universitetimiz beynəlxalq reytinqdə yer aldı - ADLAR

Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib.&n...

"Birbank"da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir

Müasir və innovativ həlləri ilə müştərilərinə daim faydalı imkanlar təqdim edən Birbank daşınmaz əmlak sahibləri üçün sərfəli imkanlar yaradır. Belə ki, Azərbay...