Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
Cəmiyyət
Sosial məsələlər, kommunal və nəqliyyat, şəhər həyatı və vətəndaşları narahat edən mövzular.
1 iyul 2025, çərşənbə axşamı
Həftə sonuna kimi yağış yağacaq –
Xəbərdarlıq
Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.
16:45
Bu məhkəmələrə hakimlər təyin edildi
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Əsgərova-Məmmədova Leyla Səyavuş qızı Məmmədzadə Səbinə Adil qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hüseynov Nahid Nəsir oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Rzayeva Aynur Tapdıq qızı inzibati
16:31
Bakıda rusiyalı cinayətkarların saxlanılmasının
ANBAAN VİDEOSU
Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Sfera.az xəbər verir ki, Rusiya vətəndaşları olan şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Həmin şəxslərin saxlanılma anının görüntülərini təqdim edirik:
15:58
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 153,9 milyon ABŞ dolları təşkil edib. Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, bu, iyunun 1-i ilə müqayisədə 0,5% çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,8% artıb, son 1 ildə isə 5% azalıb.
15:46
Xəzər dənizindən meyiti tapılan şəxs
TƏLƏBƏ İMİŞ... - FOTO
İyunun 29-da Bakıda Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxsin kimliyi məlum olub. Sfera.az xəbər verir ki, meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 18 yaşlı tələbəsi Abbas İsmayılovdur. O, ADDA-da "gəmi energetik qurğularının istismarı mühəndisliyi" ixtisasının II kurs tələbəsi olub. (Oxu.az)
15:21
Tanınmış aktyor saxlanıldı -
FOTO
Aktyor Yücel Erten İzmir Böyükşəhər Bələdiyyəsinin keçirdiyi əməliyyatda saxlanılıb. Sfera.az xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində aparılan əməliyyatda "İZBETON A.Ş." İdarə Heyətinin keçmiş üzvü və teatr aktyoru Yücel Erten və İZSİAD sədri Hüseyn Cengiz saxlanılıb. Əldə edilən məlumata görə, onun İdarə Heyətinin üzvü olduğu öyrənilib. Əməliyyatda diqqət çəkən digər ad isə İzmir Sənayeçi və İş Adamları Dərnəyinin (İZSİAD) sədri Hüseyn Cengiz
15:14
Bu şəkildə evlənənlər cərimə olunacaq -
AÇIQLAMA
Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, iyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır. Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir. - qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; - bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı)
14:25
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başlayıb, həbslər var
Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb. Sfera.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq tədbirləri davam
14:16
Mədət Quliyev gitara ifa etdi –
Video sosial şəbəkələrdə maraqla qarşılandı
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev sosial şəbəkələrdə maraqlı bir görüntü ilə gündəmə gəlib. Videoda general-polkovnik Mədət Quliyev gitarada rus dilində musiqi ifa edir. Onun ifası sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Kadrları velosiped üzrə idmançı Vüqar Salahov tərəfindən şəxsi hesabında paylaşılıb. Qeyd edək ki, Mədət Quliyev uzun illər hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışıb. O, 2019–2023-cü illərdə
14:10
Rusiya məhkəməsi Bakir Səfərovun həbs müddətini uzatdı
İyunun 27-si Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəməsi keçirilib. Sfera.az “Kommersant”a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb. Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib. Xatırladaq ki, iyunun
13:55
Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? -
AÇIQLAMA
Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüksəlir. İnsanlar, xüsusilə də uşaqlar bu infeksiyadan necə qorunmalıdır? Mövzu ilə bağlı Sfera.az -a açıqlama verən səhiyyə eksperti Adil Qeybulla bu məsələ ilə bağlı xəbərdarlıq edərək, gigiyenik tələblərə əməl olunmadığı təqdirdə həm uşaqlar, həm də böyüklər üçün ciddi təhlükə yarana biləcəyini bildirib. “Suyun gigiyenik baxımdan müəyyən
13:38
Azərbaycanda rusdilli məktəblər
BAĞLANIR?
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər gəlib. Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub. Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir. İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq.
13:22
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, sənədlər Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərliyi ilə ölkədə səfərdə olan biznes nümayəndələri ilə keçirilmiş görüş çərçivəsində imzalanıb: "Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi
13:15
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” -
Rəisdən ŞOK AÇIQLAMA
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlum olub. Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Mirzə Cəlilovun rəis olduğu 3 ildə 2 milyon 464 min manat məbləğində rüşvət aldığı müəyyən edilib. Cəlilov 2020-2023-cü illərdə bu məbləği Naxçıvan üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquq
13:08
“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda böyük uduşlarla yadda qalıb. Belə ki,ötən ay nə az, nə çox düz 33 biletdə böyük uduş qeydə alınıb. Ayın ən böyük uduşu Xırdalanda “10X” lotereyasından qazanılıb. Töhfə Səlimova 200 000 manat udaraq adını bəxtəvər qaliblər sırasına yazdırıb. Yeni satışa çıxmış “Sür-Qazan” lotereyası isə düz 19 biletdə 10 000 manatlıq böyük uduşla sevindirib. Uduşlu biletlər Bakı,
12:55
Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb. Sfera.az xəbər verir ki, Bakir Səfərovun barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır. Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan
12:45
Sabahın havası -
Yağış, şimşək, dolu...
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Sfera.az xəbər verir ki, havanın temperaturu gecə 20-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək
12:37
Bürcləri iyulda nələr gözləyir? -
Yeni iş, romantika və...
İyul ayı ulduzların hərəkəti ilə bürclərə yeni dinamikalar gətirir. 4 iyuldan etibarən sevgi, harmoniya və zövq planeti Venera Əkizlər bürcünə keçir. Bu keçid ünsiyyət bacarıqlarını gücləndirir, zehni çevikliyi artırır və münasibətlərdə incəlik tələb edir. Hər bir bürc üçün fərqli təsirlər yaradan bu dövr, həm şəxsi, həm də peşəkar sahədə mühüm dəyişikliklərə zəmin hazırlayır. Sfera.az iyul ayının qoroskopunu təqdim edir: Qoç Qoçlar və yüksələni Qoç bürcündə olanlar, 4 iyulda Veneranın Əkizlər
12:00
Hüseyn Səfərovun meyitində çox sayda travma aşkarlandı
Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çox sayda travma aşkarladıq. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında deyib. Baş direktor bildirib ki, onun döş qəfəsi
11:57
1 iyul -
Bakılılar günüdür
1 iyul sosial şəbəkələrdə və ictimaiyyət arasında “Bakılılar Günü” kimi qeyri-rəsmi bayram olaraq qeyd olunur. Rəsmi dövlət təqvimində yer almasa da, bu gün Bakı ruhunu daşıyan hər bir insan üçün mənəvi bir tarixə çevrilib. Sfera.az xəbər verir ki, hazırda Bakı əhalisinin sayı 2.5 milyondan çoxdur, və bu rəqəm təkcə statistik göstərici deyil, hər biri özünəməxsus həyat hekayəsinə malik insanların toplamıdır. Bu şəhər müxtəlif dövrlərin, xalqların, dillərin və dinlərin görüş yeri, bir növ
11:45
Unun topdansatış qiyməti ucuzlaşdı
İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib. Sfera.az Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 3 % - 0,7 % azalma ilə müşahidə olunub. Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,5-27,5 manat arasında dəyişib. Burada da qiymətlər müvafiq olaraq 1,8-1 %
11:34
Vüsalə Səid vəzifəsindən ayrıldı -
FOTO
Jurnalist Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-də Xəbərlər Departamentinin rəhbəri vəzifəsindən ayrılıb. Sfera.az xəbər verir ki, bununla bağlı Vüsalə Səid özü məlumat verib. Qeyd edək ki, o, bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer kimi çalışıb.
11:30
Dünyada ən çox bu bürcün nümayəndəsi var
Dünyada ən çox rast gəlinən bürcün adı məlum olub. Sfera.az xəbər verir ki, statistik məlumatlara görə, planetin müxtəlif bölgələrində doğum tarixlərinin analizləri Qız bürcünün (23 avqust – 22 sentyabr) üstünlük təşkil etdiyini göstərir. ABŞ, Böyük Britaniya və Avropa ölkələrində aparılan tədqiqatlarda sentyabr ayı ilin ən sıx doğum ayı kimi qeyd olunur. Mütəxəssislər bunu qış aylarında, xüsusilə dekabr və yanvarda insanların daha çox ev şəraitində qalması və hamiləliklərin bu dövrdə artması
11:02
Rusiyada azərbaycanlı qadını
VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR - VİDEO
Rusiyada jurnalist restoran əməkdaşına hücum edib Sfera.az AZTV-yə istinadən xəbər verir ki, Rusiyada daha bir insident qeydə alınıb. Sverdlovsk vilayətində “Kрив ТВ” televiziya kanalının əməkdaşı Aleksey Kuznetsov “Nar Şərab” restoranında çalışan Telli adlı xanıma hücum edib. Hadisə nəticəsində zərərçəkən qadın bədən xəsarətləri alıb. Məlumata görə, səhər saatlarında restoran bağlı olsa da, dörd nəfər şəxs obyektin yaxınlığına gələrək çəkiliş aparmağa və sonradan içəri daxil olmağa cəhd edib.
10:56
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›