DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başlayıb, həbslər var

DİN "Sputnik Azərbaycan" işinə görə cinayət işi başlayıb, həbslər var
Kateqoriya məlum deyil
T

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, dünən DİN “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR