Rusiya məhkəməsi Bakir Səfərovun həbs müddətini uzatdı

Cəmiyyət
13:55 / 01.07.2025
6330
İyunun 27-si Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəməsi keçirilib.
Sfera.az “Kommersant”a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.