Bakıda dənizdə körpü, nəqliyyat sistemi qurulacaq? - AÇIQLAMA
Son illərdə Bakıda sürətlə artan avtomobil sayı, yol infrastrukturu üzərində böyük yük yaradaraq paytaxtda nəqliyyat sıxlığını daha da kəskinləşdirib. Xüsusilə pik saatlarda uzun tıxaclar həm insanların vaxt itkisinə, həm də iqtisadi zərərlərə səbəb olur. Bakıda İstanbul nümunəsində dəniz nəqliyyatı yaradıla bilərmi?(Bayıl, Bibiheybət, Əzizbəyov, Şıxlar, Zığ). Yaradılarsa, bu, tıxacı azaldacaqmı? Bu addımın atılması üçün nə tələb olunur? Mövcud suallarla bağlı Sfera.az -a açıqlama verən