Bu ərazilərimizə qar yağdı -FAKTİKİ HAVA
Azərbaycanda oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə - Şahdağ və Kəlbəcərdə isə qar yağıb. Lənkəranda 40, Astarada 34, Biləsuvarda 28, Lerikdə 23, Yardımlıda 20, Neftçalada 16, Zaqatalada 14, Sarıbaşda(Qax) 10, Gədəbəydə 8, Qəbələ və Sədərəkdə 6, Göygöl, Daşkəsən, Ordubad və