Logo

80 yaşı tamam olan məmurlar və deputatlar - SİYAHI

80 yaşı tamam olan məmurlar və deputatlar - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda bəzi məmurlarn və deputatların yaşının çox olması hər zaman ictimaiyyətin marağında olan bir mövzudur. Belə ki, hazırda məmurlar və Milli Məclisin VII çağırış deputatları arasında da yaşı 80-ə çatan şəxslər var.

Sfera.az "Unikal"a istinadən yaşı 80-ə çatan məmurların və deputatların siyahısını təqdim edir:

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM

Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə dünyaya gəlib. Oktyabrın 24-də onun 80 yaşı tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Y.Eyyubovu "İstiqlal" ordeni ilə təltif edib.

Prezidentdən Əhməd Əhmədzadə ilə bağlı SƏRƏNCAM

Baş nazirin köməkçisi olan Əhməd Əhmədzadə də 1945-ci ildə anadan olub. Bu ilin yanvarın 7-də onun 80 yaşı tamam olub.

Ziyad Səmədzadədən haqqında yazılanlara SƏRT REAKSİYA - Unikal.az

Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı olan Ziyad Səmədzadə parlamentin ən yaşlı üzvüdür. Belə ki, o, 25 iyun 1940-cı il tarixində doğulub. "Ağsaqqal deputat"ın 85 yaşı var.

Bir il bundan əvvəl diplomatların maaşı xeyli artıb

Yaşı 80-ə çatan Milli Məclisin daha bir üzvü isə Polad Bülbüloğludur. 9 fevral 1945-ci il təvəllüdlü Rusiyadakı sabiq səfirimiz Milli Məclisin VII çağırış deputatı seçilib. P.Bülbüloğlu həmçinin Milli Məclisin I çağırış deputatı olub.

qaynarinfo.az

Milli Məclisin bütün çağırışlarında deputat seçilən Eldar İbrahimovun isə bu ilin mart ayının 12-də 80 yaşı tamam olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR