Slovakiya Rusiyaya qarşı sanksiyanı dəstəkləyəcək

Slovakiya Rusiyaya qarşı sanksiyanı dəstəkləyəcək
Kateqoriya məlum deyil
T

Oktyabrın 23-24-də keçiriləcək Avropa İttifaqı sammitinin yekun sənədində Slovakiya hakimiyyətinin tələblərinin nəzərə alınması şərti ilə Bratislava Rusiyaya qarşı Avropa sanksiyalarının 19-cu paketinin qəbulunu dəstəkləməyə hazırdır. 


Sfera.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko ölkə parlamentində çıxışı zamanı deyib.

 

"Əgər sənəddə irəli sürdüyümüz tələbləri görsək, mən yəqin ki, Almaniya kansleri Fridrix Merzə məlumat verəcəm ki, biz 19-cu paketlə razıyıq",-deyə "Reuters" onun sözlərindən sitat gətirib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR