Mehdiyevlə bağlı yeni FAKT: Ona yaxın 22 tanınmışın siyahısı

Mehdiyevlə bağlı yeni FAKT: Ona yaxın 22 tanınmışın siyahısı
Kateqoriya məlum deyil
T

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev həbs olunduqdan sonra onun haqqında ötən illərdə yazılan fikirlər yenidən gündəmə gəlib.

 

Sfera.az globalinfo.az-a istinadən xəbər verir ki, R.Mehdiyev barədə M.F.Axundov kitabxanasında “RAMİZ MEHDİYEV Biblioqrafiyası” adlı kitab nəşr olunub.

 

Kitabın tərtibçi-müəllifi Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, redaktoru isə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının baş mütəxəssisi Gülbəniz Səfərəliyevadır.

 

Kitabda bir sıra tanınmış şəxslər Ramiz Mehdiyev haqqında fikirlər yazıblar. Həmin fikirlərdən bəzilərini təqdim edirik:

 

AMEA-nın prezidenti İsa Həbibbəyli: “Dövlətçilik fəaliyyətini cəmiyyət həyatı ilə üzvi surətdə əlaqələndirmək, hətta həyatda gedən prosesləri qabaqlamaq bacarığı dövlətçilik nərdivanını addım-addım qalxan Ramiz Mehdiyevi xarakterizə edən əsas cəhətlərdəndir. O, böyük məharətlə cəmiyyət həyatını dövlət işinin nəbzi üstündə kökləməyi bacarır. Məsələnin bu cəhəti dövlət işinə də, cəmiyyət həyatının inkişafına da fayda gətirir”.

 

BDU-nun sabiq rektoru Abel Məhərrəmov: “Son dərəcə səlis, axıcı, zəngin və orijinal bir üsulda yazılan, dərin elmi-fəlsəfi məzmunu ilə fərqlənən “Modernləşmə xətti уеnə də gündəlikdədir” əsəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni dünya nizamının reallığını düzgün müəyyənləşdirən, ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi-konseptual baxışlara malik siyasətçi və dövlət xadimi, filosof olduğunu bir daha təsdiqləyir. Düşünürük ki, akademikin bu əsərində yüksək vətənpərvərliklə irəli sürdüyü tezislər Bakı Dövlət Universitetində gənclərlə işin daha səmərəli təşkili, onların yeni dövrün gerçəklikləri ruhunda formalaşması baxımından əhəmiyyətlidir”.

 

AMEA-nın sabiq prezidenti Akif Əlizadə: “Mən Ramiz Ənvər oğlu Mehdiyevi 60-cı illərdən, hələ sovet dövründə respublika komsomolunda onunla birgə çalışdığımız vaxtdan tanıyıram. Mübaliğəsiz deyə bilərəm ki, Ramiz Mehdiyev olduqca çətin, mürəkkəb və keşməkeşli həyat yolu keçmişdir”.

 

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru Yaqub Mahmudov: “Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik tarixinə, müstəqillik dövründə yeni həyat quruculuğuna həsr olunmuş əsərləri nəzəri ümumiləşdirmələrin tarixi ənənələr və müasir praktika ilə vəhdətdə araşdırılması, eyni zamanda, gələcək üçün istiqamətverici proqnozların müəyyən edilməsi baxımından çox böyük elmi dəyərə malikdir”.

 

Siyahıda fikirlərini yazan müəllifləri təqdim edirik:

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli

 

Akademik Akif Əlizadə

 

Akademik Mahmud Kərimov

 

Akademik Arif Mehdiyev

 

Akademik Asəf Nadirov

 

Akademik Bəkir Nəbiyev

 

Akademik Ağamusa Axundov

 

Akademik Tofiq Nağıyev

 

Akademik, sabiq deputat, BDU-nun sabiq rektoru Abel Məhərrəmov

 

Tarix elmləri doktoru, professor Əli Həsənov

 

Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Seyfəddin Qəndilov

 

Akademik İsmayıl Hacıyev

 

Akademik Gövhər Baxşəliyeva

 

Akademik Yaqub Mahmudov

 

Akademik, deputat Ziyad Səmədzadə

 

Akademik, deputat Nizami Cəfərov

 

Siyasi elmlər doktoru, professor Elxan Nuriyev

 

Fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev

 

Fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə

 

Fəlsəfə elmləri doktoru, professor Tofiq Rəsulov

 

Yazıçı-publisist, sabiq deputat Bəxtiyar Sadıqov

 

Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin sədr müavini Musa Qasımlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR