Bu şəxslər üçün sosial sığorta haqqı artırılır
Gələn il yanvarın 1-dən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları artırılır. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət