Bakı-Sumqayıt tıxacından necə xilas olaq? - AÇIQLAMA

Bakı-Sumqayıt tıxacından necə xilas olaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Hər gün səhər saatlarında minlərlə insan Sumqayıtdan Bakıya, axşam isə paytaxtdan Sumqayıta qayıdarkən eyni mənzərə ilə üzləşir – uzun avtomobil növbələri, ləng hərəkət edən nəqliyyat axını və saatlarla davam edən tıxac.

 

Xüsusilə səhər və axşam pik saatlarında Bakı-Sumqayıt yolunda yaranan sıxlıq həm sürücülər, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün ciddi narahatlığa çevrilib. Ekspertlərin fikrincə, bu vəziyyət təkcə vaxt itkisinə deyil, həm də yanacaq sərfiyyatının artmasına, hava çirklənməsinə və ümumi iş rejiminin pozulmasına səbəb olur.

 

Sakinlər isə artıq illərdir bu problemi gündəlik həyatlarının ayrılmaz hissəsi kimi yaşayırlar. Bəs bu problemi köklü şəkildə həll etmək üçün hansı real və radikal addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Bakı-Sumqayıt yolunun mütləq alternativi olmalıdır. Mütəxəssis bu barədə layihə təklif etdiyini də vurğulayıb:

 

 

“Mən bununla bağı layihə təklif etmişdim. Azərbaycan məsələ mediasında işıqlanıb. Bu və digər formada layihəni ictimaiyyətin müzakirəsinə çıxarmışdım”.

 

A.Əsədov Bakı şəhərinin bütün infastrukturunu qaynar qazana bənzədib:

 

“Belə ki, hərəkətlilik çox yüksəkdir, intensivlik yuxarıdır, yollar və küçələr tam doludur. Bu, sevindirici haldır. Lakin bu bir istiqamət üzrə olsa, artıq belə məsələlər olmayacaq. İşin mahiyyəti bundan ibarətdir”.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR