Logo

Bu qurumun rəhbərliyinə cinayət işi açıldı

Bu qurumun rəhbərliyinə cinayət işi açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kənd Təsərrüfatı Yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.

İstintaq tədbirləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR