Müəllim və həkimlərin pensiya yaşı artırılır? - Deputatlar açıqladı
Müəllimlərin və həkimlərin pensiya yaşının artırılacağı ilə bağlı iddialar səsləndirilir. Bildirilir ki, həkimlər və müəllimlərin pensiya yaşının artırılması onların sosial durumu üçün faydalı olacaq. Bu, eyni zamanda paytaxtla yanaşı bölgələrdə də kadr çatışmazlığını aradan qaldıracaq. Sfera.a z xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətində uzun müddətdir ki, geniş müzakirə olunur. Onun sözlərinə görə, proses davamlı