Sevinc Orucova Ombudsmanın yubiley medalına LAYİQ GÖRÜLDÜ

Şanlı Zəfərimizin 5-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva tərəfindən ictimai fəaliyyətinə və insan hüquqlarının təşviqində göstərdiyi fəallığa görə Sevinc Orucova Ombudsman təsisatının yubiley medalına layiq görülüb.
Sfera.az bildirir ki, bu barədə Sevinc Orucova sosial media hesabında məlumat verib.
O, bildirib ki, bu təltif onun ictimai sahədəki fəaliyyəti və cəmiyyətə verdiyi töhfələrin yüksək qiymətləndirilməsidir.
“Bu medal bizim ictimai sahədə fəaliyyətimizə və daşıdığımız missiyaya verilən dəyərin göstəricisidir. Daim bizlərə dəstək göstərdiyi üçün hörmətli Səbinə xanıma dərin təşəkkürümü bildirirəm", - deyə S.Orucova qeyd edib.
Qeyd edək ki, Sevinc Orucova Aprel döyüşlərinin qəhrəmanı, "Murov qartalı" Raquf Orucovun həyat yoldaşıdır.










