Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq - RƏSMİ
Növbəti ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır. Sfera.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib. Bildirilib ki, bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları