Azərbaycanda yeni mobil ödəniş sistemi yaradılır
Azərbaycanda "AzerPay” universal mobil ödəniş sistemi yaradılır. Sfera.az bildirir ki, "AzerPay” şirkətindən AZƏRTAC-a bildirilib ki, sistem 2016-cı il yanvarın ortalarında sınaqdan keçirilməyə başlayacaq, fevralda isə istismara veriləcək. Yeni ödəniş sistemi təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi imkanı, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatlar aparılması, hesabın doldurulması və digər üstünlüklərə malikdir. Sistemdə ümumilikdə 160-dan çox ödəniş xidməti