8 il əvvəl də “AFEN Plaza”da yanğın olubmuş – FOTO

8 il əvvəl də "AFEN Plaza"da yanğın olubmuş – FOTO
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.

 

Sfera.az xəbər verir ki,  8 il əvvəl də “AFEN Plaza”da güclü yanğın hadisəsi baş verib.
 


Belə ki, 2017-ci ilin noyabr ayının 10-da biznes mərkəzinin dam örtüyündə yanğın qeydə alınıb.

 

Binanın 6-cı mərtəbəsində baş verən yanğın 300 kvadratmetr ərazini əhatə edib. Yanğın zamanı binanın 6-cı mərtəbəsində 40-a yaxın işçi olub və onlar dərhal təxliyə edilib.

 

Bugünki partlayış zamanı isə "AFEN Plaza”da 5 nəfər xəsarət alıb. Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR