12 yaşlı qız infarktdan öldü

Kateqoriya məlum deyil
T
Türkiyədə 12 yaşlı qız infarktdan ölüb. Hadisə Malatya şəhərində baş verib.
Sfera.az metbuat.az-a istinadla xəbər verir ki, 12 yaşlı Sude Demirci orta məktəbin 7-ci sinif şagirdi olub. O, tənəffüs zamanı infarkt keçirib. Yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.






