Xəzərin daha çox dayazlaşması gözlənilir? - Ekoloqdan PROQNOZ

Xəzərin daha çox dayazlaşması gözlənilir? - Ekoloqdan PROQNOZ
Kateqoriya məlum deyil
T

Xəzər dənizinin səviyyəsinin enməsi Azərbaycan üçün təkcə ekoloji problem deyil, həm də iqtisadi və sosial risklər yaradır.

Dənizin geri çəkilməsi Bakı limanının fəaliyyətinə, balıqçılığa, sahilyanı yaşayış məntəqələrinə və Xəzər ətrafındakı iqtisadi fəaliyyətə təsir göstərə bilər.

Azərbaycan Xəzər dənizinin dayazlaşması ilə üzləşə bilərmi?

Azərbaycanlı alim, coğrafiya elmləri doktoru, professor və ekoloq Ənvər Əliyev Sfera.az-a bildirib ki, Xəzər dənizinin səviyyəsi çəkilir, demək biraz çətin məsələdir:

“1 milyon illik tarix ərzində Xəzər dənizi bu proseslərdən keçib. Onun səviyyə tərəddüdü həmişə olub, olacaq da. İndi biz deyə bilərik ki, artıq Xəzər dənizinin əhatəsi, topladığı su hövzəsi var. Qazaxıstan, Volqa çayı rütubətdən əziyyət çəkirlər yağıntıların sayı hesabı yoxdur, çox yeri su basır”.

Ekoloq Xəzər dənizinin şimal hissəsinin quraqlıqdan, dayazlıqdan, çəkilmədən əziyyət çəkdiyini vurğulayıb:

“Cənub hissə isə bildiyiniz kimi, ora, yəni meridional istiqamətdə olduğuna görə, yerinə, əyriliyinə görə orda su ehtiyatı daha çoxdur”.

Ə.Əliyev hələlik bu barədə dəqiq fikir söyləməyin düzgün olmadığını qeyd edib:

“Vaxtı ilə belə proses olub ötən illərdə. Lakin Xəzər yenidən öz səviyyəsini bərpa edə bildi. Ona görə də hələlik dəqiq heç nə deyə bilmirik”.

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı dəqiq proqnoz vermək hələlik çətindir. Mütəxəssisin fikrincə, dənizin səviyyəsinin bərpasından əvvəl stabilləşmə mərhələsi baş verməlidir.

Fatimə Ələkbər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR