Azərbaycanda nikah böhranı: Azalma nə qədər davam edəcək?
Azərbaycanda boşanmaların sayında azalma dayansa da nikahlarda azalma davam edir. Bu ilin ilk 8 ayının məlumatına əsasən, 26 485 nikah qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövründən 4918 vahid və ya 15,2 faiz azdır. Hazırda hər 1000 nəfərə 3,9 nikah düşür. Ötən il bu göstərici 4,6 idi. Maraqlıdır, nikahların sayındakı azalma hansı həddə qədər davam edə bilər? Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sfera.az -a açıqlamasında bildirib ki, nikahların sayının azalma tendensiyası