Sabah havanın temperaturu 40 dərəcəyədək artacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti,