Nazir 2 rəis və 6 polis inspektorunu işdən çıxardı
Bu gün DİN-i Vilayət Eyvazovun müvafiq əmri 1 rəis və 5 YPX inspektoru tutduqları vəzifədən azad olunublar. 1 DYPB-nin rəisi və 1 DYP inspektoru sərəncama götürülüb.
Sfera.az xəbər verir ki, Şabran RPŞ-nin DYPB-nin rəisi Bəşirli Vasif Bəliyar oğlu nazirin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər.
Xaçmaz RPŞ-nin DYPB-nin rəisi Quliyev Elnur Heydər oğlu və Həmidov Rüstəm Şahlar oğlu isə tutduqları vəzifədən azad edilərək sərəncama götürülüb.
Bundan başqa Xaçmaz RPŞ-nin DYPB-nin 5 YPX inspektoru işlərində yol verdikləri nöksanlara görə DİN orqanlarından xaric ediliblər.
Onlar Balaqadaşov Rəşad Məzahir oğlu,Haciyev Ruslan Aslan oğlu,Əkbərov Elsəvər Məmmədağa oğlu,Şirəliyev Rəşad Güləli oğlu və Rəcəbov Azad Süleyman oğludur.(7Times.az)






