Logo

“Qarant Sığorta Agenti"nin mobil tətbiqinin təqdimat mərasimi keçirilib - FOTOLAR

“Qarant Sığorta Agenti"nin mobil tətbiqinin təqdimat mərasimi keçirilib - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarant Sığorta Agenti"nin yeni hazırlanmış mobil tətbiqinin təqdimat mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, sığorta şirkətlərinin rəhbər və rəsmi şəxsləri, xarici partnyor şirkətlər və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd, öz sahəsində universal olan “garantsigorta” mobil tətbiqini və “Qarant Sığorta Agenti”nin geniş xidmət növləri haqda məlumatları vətəndaşlara təqdim etməkdir.

"Qarant Sığorta Agenti" MMC-nin icraçı direktoru Abbas Məmmədov mobil tətbiq barədə qonaqlara məlumat verib. O, çıxışında mobil tətbiqin geniş imkanlarından və üstünlüklərindən danışıb.

Sığorta sahəsində inkişafların mövcudluğunu bildirən direktor deyib ki, bu istiqamətdə müxtəlif layihələrin icra edilməsi sevindirici haldır. Onun sözlərinə görə, “Qarant Sığorta Agenti"nin mobil tətbiqinin ərsəyə gəlməsi də məhz vətəndaşlar üçün bu sahədə əlçatanlığın təmin edilməsi üçündür.

Mobil tətbiqin istifadəsində bütün sadə vətəndaşların nəzərə alındığını vurğulayan A.Məmmədov qeyd edib ki, “Qarant Sığorta Agenti”nin mobil tətbiqindən hər bir kəs az da olsa qazanc əldə edə biləcək:

“Müştərilərimiz heç bir abunə haqqı ödəmədən, nəqliyyat vasitələrinin cərimələrinin yoxlanılmasını və ödənilməsini rahat şəkildə həyata keçirə biləcəklər. Bundan başqa, istənilən onlayn könüllü sığorta növü üzrə sorğular göndərildikdən sonra tez bir zamanda cavablandırılacaq.  Bunun üçün  heç bir xidmət haqqı tutulmayacaq. Bu qədər sadə və rahat bir tətbiq ərsəyə gətirmişik.

Daha sonra tədbirdə iştirak edən Milli Məclisin deputatları çıxış ediblər. Qonaqlar ”Qarant Sığorta Agenti”nin yeni təqdim olunan mobil  tətbiqi ilə bağlı öz fikirlərini bölüşüblər.

Bundan başqa tədbirdə "MJM Holding” şirkətinin hazırda məsləhətçisi çalışan Kristof Vasilyevski “Qarant Sığorta Agenti” ilə olan əməkdaşlıqlarından danışıb. O, çıxışında mobil tətbiqlə bağlı təşkilatçılara öz təbriklərini ünvanlayıb.

Daha sonra mobil tətbiqin fəaliyyəti ilə bağlı video-çarx nümayiş edilib.

Sonda musiqili çıxış olub və mərasim bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, “Qarant Sığorta Agenti” ilə sığortanın onlayn əldə olunması daha da asanlaşıb. Artıq sığortanın onlayn alınması üçün cəmi bir neçə dəqiqə sərf olunur. Bunun üçün sadəcə olaraq “Google Play Store” və “Apple Store”dan “garantsigorta” mobil tətbiqini yükləmək kifayət edir.

Beləliklə, "Qarant Sığorta Agenti" MMC ilə vǝtəndaşlar, sığorta şirkətlərinə getmədən və növbə gözləmədən nəqliyyat vasitələrinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası və səyahət sığortası kimi sığorta növlərini onlayn şəkildə əldə edə biləcəklər.

Əlavə üstünlük olaraq müştərilər heç bir abunə haqqı ödəmədən, nəqliyyat vasitələrinin cərimələrinin yoxlanılmasını və ödənilməsini rahat şəkildə həyata keçirə biləcəklər.

Bu tip sığorta həm səyahətçini, həm də məsuliyyətli işgüzar səfərdə olan şəxsləri qorumağa xidmət edir. Xaricdə sığortaya ən gözlənilməz anda ehtiyac yarandığı halda bunun üçün təkcə şirkətə müraciət etmək kifayətdir.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR