Millət vəkili sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdi: Polis saxladı, mübahisə düşdü - VİDEO

Millət vəkili sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdi: Polis saxladı, mübahisə düşdü - VİDEO

Milli Məclisin deputatı Məşhur Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılıb.

 

Sfera.az xəbər verir ki, deputatın avtomobilinin saxlanılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Görüntülərdən aydın olur ki, DYP əməkdaşları reyd zamanı deputatın idarə etdiyi avtomobili saxlayır və Məşhur Məmmədovun sürücülük vəsiqəsinin olmadığı bəlli olur. Deputat yol polisi əməkdaşına hazırda sürücülük vəsiqəsinin özündə olmadığını, lakin qısa zamanda oğlunun gətirə biləcəyini bildirir.

 

Lakin DYP əməkdaşı “gecənin bu vaxtı sizin oğlunuzu gözləməliyikmi?” deyərək, millət vəkilinə etiraz edib.

 

Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd göstərdiyi görünür. Həmin şəxs polisin ona “vətəndaş” deyə müraciətinə “mən sənin üçün vətəndaş deyiləm, bağırma” - deyə reaksiya verib.

 

Görüntülərdən reydin payız və ya qış aylarında keçirildiyi görünür.

 

Qeyd edək ki, Məşhur Məmmədov Milli Məclisin iri ranqlı biznesmen deputatlarından biri hesab edilir.(editor.az)

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...