Logo

Bakıda beş yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ

Bakıda beş yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-2” yaşayış kompleksində beş yaşlı uşaq onuncu mərtəbədən yıxılaraq ölüb.

Sfera.az xəbər verir ki, hadisə gecə saat 2-3 radələrində baş verib.

Məlumata əsasən, azyaşlının valideynləri boşanıblar. Uşaq anası ilə tək yaşayırmış. Onların kirayədə yaşadıqları bildirilir. Ana hadisə yerinə gələn polislərə marketə getdiyini, qayıdanda isə uşağı evdə görmədiyini deyib. Bir qədər sonra isə uşağın atası da hadisə yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır.(Oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR