Eldar Mahmudovun Nardarandakı villası qarşısında AKSİYA  - DİN açıqlama yaydı

Eldar Mahmudovun Nardarandakı villası qarşısında AKSİYA  - DİN açıqlama yaydı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.

 

Sfera.az  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Etirazçılar vaxtilə MTN tərəfindən saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyiblər. Onlara vurulan ziyanın ödənilməsini tələb ediblər. Etirazçılar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.

 

Aksiya iştirakçıları Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını istəyiblər. Onlar iddia ediblər ki, MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.

 

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, aksiya dinc şəraitdə keçib: “Aksiya zamanı heç bir insident yaşanmayıb, saxlanılan olmayıb”.

 

Qeyd edək ki, etirazçılar Bakı Hərbi Məhkəməsində araşdırılan və “MTN işi” kimi tanınan cinayət işində zərərçəkmiş şəxslərdir. Hazırda uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsi gedir.

 

Onlar vəzifədə olduğu müddətdə 14,3 milyon manat rüşvət almaqda, hədə-qorxu ilə 5 milyon manatı ələ keçirməkdə ittiham edilir.(qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...